ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün Rusiya Prezidenti Vladimir Putinə və Çin lideri Si Cinpinə təzyiq göstərəcəyini bildirib.
Tramp bu barədə Çində keçiriləcək üçtərəfli görüş ərəfəsində jurnalistlərə danışıb.
Təxminən beş ildir davam edən Rusiya-Ukrayna müharibəsinə toxunan ABŞ Prezidenti münaqişənin dayandırılması üçün hər iki liderlə danışıqlar aparmaq niyyətində olduğunu vurğulayıb.
“İmkan olsaydı, Putinlə ayrıca ikitərəfli görüş keçirərdim. Ukraynadakı müharibənin başa çatması üçün həm Si Cinpinə, həm də Putinə təzyiq göstərəcəyəm. Putin daha sərt davrana bilərdi. Açığı, o, geri addım atır”, – deyə Tramp bildirib.
ABŞ lideri İran məsələsinə də toxunub.
“İranla müharibəyə çox ciddi yanaşırıq. Məhz buna görə onların nüvə silahına sahib olmasına icazə verə bilmərik”, – deyə o qeyd edib.
Tramp, Putin və Si Cinpinin noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində üçtərəfli görüş keçirməsi planlaşdırılır.
Noyabrın 18–19-da keçirilən sammitdə liderlərin Ukraynadakı müharibə, beynəlxalq təhlükəsizlik və nüvə silahlarına nəzarət məsələlərini müzakirə edəcəkləri gözlənilir.

