Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində görüşüblər.
Denmedia.az xəbər verir ki, liderlər sammit iştirakçılarının şərəfinə təşkil olunan təntənəli qəbul zamanı əl sıxaraq qısa söhbət ediblər.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, iki lider arasında söhbət ayaqüstü baş tutub.

