Çində gecə saatlarında evin həyətinə girərək alt paltarı oğurlayan şəxs ev sahibinin ölümünə səbəb olub.
Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məlumata görə, gecə yarısı naməlum şəxs evin həyətinə daxil olaraq asılmış alt paltarlarını oğurlamağa çalışıb. Bu zaman ev sahibi onu görərək əlində beysbol dəyənəyi ilə həyətə çıxıb.
Təhlükəsizlik kamerasının görüntülərində kapüşonlu şəxsin paltarların asıldığı ərazidə gəzdiyi, daha sonra isə ev sahibi ilə üz-üzə gəldiyi əks olunub.
Şübhəli şəxsi qorxudaraq uzaqlaşdırmağa çalışan ev sahibi gözlənilməz hücuma məruz qalıb.
Alt paltarı oğurluğu ilə başlayan hadisə ölümlə nəticələnib. Ev sahibi həyatını itirib.

