“Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Elşən Usubov barəsində həbs qətimkan tədbiri seçilib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev barələrində qətimkan tədbirlərinin seçilməsinə dair təqdimatlara baxılıb.
Məhkəmənin qərarı ilə Elşən Usubov 2 ay 11 gün müddətinə həbs edilib, Nazim Məmmədov və Mahir Mirzəyev barələrində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İstintaq materiallarına əsasən, kompleksin istehsalat sahəsində yararlılıq müddəti bitmiş, həmçinin istehsal tarixi 24 dekabr 2026-cı il kimi göstərilmiş toyuq əti və dondurulmuş toyuq hissələri aşkarlanıb.
Hər üç şəxs Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

