Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“ Denmedia.az"- ın Şimal birosunun məlumatına görə, hadisə noyabrın 24-də saat 22:50 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı beton divara çırpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


Nüşabə Baxşıyeva
Denmedia.az

