Bir vaxtlar Türkiyənin məşhur “Yaprak Dökümü” serialında canlandırdığı Oğuz obrazı ilə tanınan Tolqa Karel uzun fasilədən sonra yenidən gündəmə gəlib. Aktyorluqdan uzaqlaşaraq ABŞ-a köçən Karel bu dəfə oğullarının fotosunu paylaşaraq diqqət çəkib.
Denmedia.az xəbər verir ki, keçmiş aktyor Instagram hesabının hekayə bölməsində iki oğlunun birlikdə çəkilmiş fotosunu yayımlayıb.

Bir neçə il əvvəl Türkiyədəki aktyorluq karyerasına son qoyan Tolqa Karel ABŞ-da yük maşını sürücüsü kimi çalışmağa başlayıb. Daha sonra nəqliyyat sahəsində öz biznesini quran Karel hazırda ailəsi ilə birlikdə Amerikada yaşayır.
Şəxsi həyatı və ailəsi ilə bağlı paylaşımlarına görə də diqqət çəkən keçmiş aktyorun oğullarının xeyli böyüməsi və atalarına bənzəməsi izləyicilərin marağına səbəb olub.

Karel paylaşdığı fotonun üzərinə ingilis dilində “My Boys” (“Oğullarım”) sözlərini yazıb, ürək və nəzər muncuğu emojiləri əlavə edib.

