Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyasının gənc fizika müəllimi Aygün Əliyeva vəfat edib.
Bu barədə Denmedia.az-a məktəbdən məlulat verilib.
Məktəb kollektivinin yaydığı məlumata görə, Aygün Əliyeva səmimiyyəti, mehribanlığı, pedaqoji fəaliyyəti və işinə olan həvəsi ilə kollektiv və şagirdlər arasında böyük hörmət qazanıb. Onun gənc yaşda və qəfil vəfatı təhsil ocağının kollektivini dərin hüznə qərq edib.
Gimnaziyanın direktoru, rəhbərliyi və müəllim heyəti mərhumun ailəsinə, yaxınlarına və doğmalarına başsağlığı verib, səbir diləyib.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Nizami Rəsulov
Denmedia.az

