Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Əskişəhər şəhərində Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində beş hərbçinin həlak olması ilə əlaqədar başsağlığı verib.
Denmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
Nazirliyin bəyanatında bildirilib:
“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Əskişəhərdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib.
Baş vermiş faciə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və həlak olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı veririk.
Bu faciədən təsirlənən hər kəsə və onların yaxınlarına belə çətin zamanda səbir və dözüm arzulayırıq”.

