Noyabrın 25-də Bakıda keçiriləcək “Sabah”–“Barselona” qarşılaşması ilə əlaqədar paytaxtda 18 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
AYNA-dan Denmedia.az-a bildirilib ki, noyabrın 25-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli avtobusların hərəkət istiqamətləri müvəqqəti dəyişəcək.
Belə ki, avtobusların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri vasitəsilə təşkil olunacaq.
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

