Bakının Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sürüşməsi davam edir, ərazidə mövcud çatların genişləndiyi müəyyən olunub.
Denmedia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb.
Bildirilib ki, Badamdar–20-ci sahədə mütəxəssislər tərəfindən mütəmadi müşahidə və monitorinq işləri aparılır.
Son yoxlamalar zamanı sürüşmə prosesinin hələ də aktiv olduğu və əvvəlcədən yaranmış çatların genişləndiyi müəyyən edilib.
“Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır”, – deyə qurumdan bildirilib.

