İran ABŞ ilə danışıqların bərpası üçün irəli sürdüyü yeddi şərtin yerinə yetirilməsində israr edir. Tehran həmin tələblər təmin olunmadan regional vəziyyətin nizamlanması ilə bağlı danışıqlara başlamayacağını bildirib.
Denmedia.az İranın “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf noyabrın 24-də çıxışı zamanı danışıb.
“İranın yeddi şərti yerinə yetirilməyənədək heç bir addım atılmayacaq və heç bir danışıq aparılmayacaq”, – deyə Qalibaf vurğulayıb.
Parlament sədri ABŞ-nin İran qarşısında yeni hərbi addımlar atacağı təqdirdə Tehranın cavab tədbirlərinə hazır olduğunu da bildirib.
Onun sözlərinə görə, qarşı tərəf İrana qarşı yeni təcavüzkar addımlar atarsa, ölkə hakimiyyəti hərbi əməliyyatların coğrafiyasını genişləndirməyə hazırdır.

