Balakən rayonunda 66 yaşlı kişi sinəsindən bıçaq xəsarəti alıb. Hadisəni törətməkdə onun qardaşı şübhəli bilinir.
Denmedia.az report-a istinadən xəbər verir ki, hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində baş verib.
İlkin məlumata görə, 1960-cı il təvəllüdlü Sədrəddin Malaxov döş qəfəsi nahiyəsindən bıçaq xəsarəti alıb.
Hadisəni törətməkdə onun qardaşı, 1957-ci il təvəllüdlü Məhəmməd Malaxov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

