ABŞ Prezidenti Donald Tramp Amerikanın çip istehsalçısı Nvidia şirkətinin səhmlərinin bahalaşması nəticəsində 15 milyon dollara qədər qazanc əldə etmiş ola bilər.
Denmedia.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, buna Nvidia-nın həmtəsisçisi Censen Huanın şirkətin baş direktoru vəzifəsinə qayıtmasından sonra səhmlərin kəskin bahalaşması səbəb olub.
ABŞ Prezidentinin hökumətin Etika İdarəsinə təqdim etdiyi maliyyə bəyannamələrinə əsasən, sentyabrın 30-na olan məlumata görə, onun Nvidia şirkətində 370 minədək səhmi ola bilərdi. Sonuncu bəyannamə noyabrın 5-də təqdim edilib.
Noyabrın 23-də Huanın vəzifəsinə qaytarılması xəbərindən sonra son həftələr ucuzlaşan Nvidia səhmləri 30 faizdən çox bahalaşıb. Bu artım Trampın sahib olduğu səhmlərin dəyərini 15 milyon dollara qədər yüksəltmiş ola bilər. Lakin bu məbləğ təxmini hesablamadır və Prezidentin səhmləri sataraq həmin pulu faktiki əldə etdiyi məlum deyil.
Şirkətin direktorlar şurası Huanın baş direktor vəzifəsinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib. Nvidia rəhbərliyi ABŞ administrasiyasından bu addımın milli təhlükəsizliyə təhdid yaratmayacağına dair təminat aldığını bildirib.
Bloomberg-in məlumatına görə, Huanın vəzifəsinə qaytarılması ilə bağlı qərar noyabrın 22-si axşam saatlarında qəbul edilib.
Xatırladaq ki, Censen Huan noyabrın 12-də Çin üçün casusluqda şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranan qalmaqaldan sonra Nvidia-nın baş direktoru və prezidenti vəzifələrindən, həmçinin direktorlar şurasından ayrılmışdı.

