Türkiyənin Əskişəhər vilayətində Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbi qulluqçu şəhid olub.
Denmedia.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə noyabrın 24-də təlim uçuşu zamanı baş verib. Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter qəzaya uğrayıb.
“Əskişəhərdə təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrimizə məxsus helikopterin qəzaya uğraması nəticəsində beş qəhrəman silahdaşımız şəhid olub”, – deyə nazirliyin məlumatında bildirilib.
Qəzanın başvermə səbəbləri hələlik məlum deyil. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

