Bu gün – noyabrın 25-i Azərbaycanda Kəlbəcər Şəhəri Günü qeyd olunur. Kəlbəcərin işğaldan azad edilməsindən altı il ötür.
Denmedia.az xəbər verir ki, Kəlbəcər Şəhəri Günü artıq dördüncü dəfədir qeyd edilir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təsis olunub.
Bu tarixin seçilməsi Kəlbəcərin 2020-ci il noyabrın 25-də Ermənistanın işğalından azad edilməsi ilə bağlıdır.
Belə ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarılıb.
Bununla da Kəlbəcərdə 27 ildən artıq davam edən işğala son qoyulub və rayon tamamilə Azərbaycanın nəzarətinə keçib.

