Yardımlı rayonunda məktəbdən çıxdıqdan sonra evə qayıtmayan ikinci sinif şagirdinin meyiti kənd ərazisində aşkar edilib.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Gendərə kəndində baş verib.
Belə ki, kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanov məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb.
Övladının evə gəlmədiyini görən ana əvvəlcə onun babasıgilə getdiyini düşünüb. Lakin azyaşlının axtarışları zamanı meyiti kənd ərazisində yerləşən körpünün altında aşkarlanıb.
İlkin ehtimala görə, uşaq körpüdən yıxılaraq həyatını itirib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırırlar.

