Türkiyənin İstanbul şəhərində tanınmış şəxsləri də əhatə edən narkotik vasitələr və fahişəliklə bağlı genişmiqyaslı istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 19-u saxlanılıb.
Denmedia.az “Haberler.com”-a istinadən xəbər verir ki, saxlanılanlar arasında məşhur aktrisa Burcu Özberk, “Survivor” yarışmasının aparıcısı Murat Ceylan, müğənni Özcan Deniz və aktrisa Deniz Çakır da var.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların təmin edilməsi, istifadəsi və saxlanılması, eləcə də fahişəliklə bağlı iddiaları əhatə edir.
Saxlanılan şəxslərdən biri olan Burcu Özberk aktyor Cihangir Ceyhanla baş rolları paylaşdığı “Anne Yarısı” serialının çəkilişləri üçün Nevşehirdə olduğu vaxt istintaq çərçivəsində adı gündəmə gəlib.
Uzun illərdir “Survivor” yarışmasının aparıcısı kimi tanınan Murat Ceylanın da saxlanılanlar siyahısında olması Türkiyə mediasında geniş əks-səda doğurub.
Saxlanılan 19 nəfər arasında Deniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Deniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcan Deniz, Saghar Shojaei, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayadan, Seher Grothe Sevdişan və Murat Başoğlu da yer alır.
Məlumata görə, digər şübhəli şəxslərlə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

