Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.
Denmedia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin sədri Səbuhi Sadıqov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Əhməd Talıbov Dövlət Ehtiyatları Agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.
Əhməd Talıbov bu təyinata qədər Agentliyin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

