Azərbaycan boksçusu Nicat Alırzayev Xorvatiyanın Poreç şəhərində keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatında qızıl medal qazanıb. Bununla da Azərbaycan millisinin turnirdəki qızıl medallarının sayı ikiyə çatıb.
Denmedia.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Alırzayev finalda Gürcüstan təmsilçisi Zviad Tçotçua ilə qarşılaşıb.
Azərbaycanlı boksçu rəqibini 5:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub. Hər beş hakim görüşü 30:27 hesabı ilə Alırzayevin xeyrinə qiymətləndirib.

