Noyabrın 26-da Ağdaş və Qəbələ rayonlarının bir sıra yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Denmedia.az xəbər verir ki, qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Ağdaş rayonunun Ləki qəsəbəsi, Pirəir, Cücük, Kotanarx, Nehrəxəlil, Cardam, Davudlu, Binalar, Əmirarx, Güvəkənd, Xapıtlı, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki və Yenicə kəndlərində qaz təchizatına fasilə veriləcək.
Məhdudiyyət 5 044 abonenti əhatə edəcək.
Zaqatala Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar Qəbələ şəhərinin Nəsimi və Zərifə Əliyeva küçələrində də saat 09:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

