“Heated Rivalry” (“Qızğın rəqabət”) serialında rusiyalı obrazını canlandıran amerikalı aktyor Konnor Stori “Vogue” jurnalı tərəfindən 2026-cı ilin ən dəbli simalarından biri və ilin ən dəbli ulduzu seçilib.
Denmedia.az “Vogue” jurnalına istinadən xəbər verir ki, aktyor nəşrin rəqəmsal buraxılışının üz qabığında yer alıb və xüsusi moda fotosessiyasında iştirak edib.
Jurnala müsahibəsində Stori geyim seçimləri ilə bağlı ictimaiyyətin fikirlərinə əhəmiyyət vermədiyini bildirib. Aktyor üçün dəbin başqalarının gözləntilərinə uyğunlaşmaq deyil, özünü ifadə etmək vasitəsi olduğunu vurğulayıb.

Konnor Stori qeyri-adi geyimləri ilə dəfələrlə diqqət mərkəzinə düşüb. Xüsusilə iyun ayında Parisdə havanın rekord dərəcədə isti olduğu günlərdən birində seçdiyi geyim sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Aktyor tədbirə yarımşəffaf PVC materialından hazırlanmış plaş, şort və ayağa kip oturan uzunboğaz çəkmələrlə qatılıb. Onun çəkmələrinin qiymətinin 3300 ABŞ dolları olduğu bildirilir.
Stori qeyri-standart moda seçimlərinə baxmayaraq, başqalarının rəylərindən təsirlənmədiyini və geyim vasitəsilə öz fərdi üslubunu nümayiş etdirməyə üstünlük verdiyini deyib.

