Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az-ın yerli bürosunun məlumatına görə, qəza axşam saatlarında rayonun Duzdağ qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı istiqamətində hərəkət edən yük maşını dönmə manevri etmək istəyən “Vita” markalı mikroavtobusla toqquşub.
Qəza nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb.

