Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə bir nəfər itkin düşüb.
Denmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Hadisə barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Xəlil Mustafa oğlu Mustafayevin axtarışına cəlb edilib. Əməliyyata xüsusi təlim keçmiş itlər də cəlb olunub.
Hazırda kişinin itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarışlar davam etdirilir.

