Filippinin Kalookan şəhərində 12 yaşlı məktəblinin hücumu nəticəsində iki şagird bıçaq xəsarəti alıb.
Denmedia.az xarici mediaya istinadən xəbər verir ki, polis hadisədən əvvəl yeniyetmənin “Roblox” və “TikTok” platformalarında onu hücuma təhrik edən naməlum şəxslə uzun müddət yazışdığını müəyyənləşdirib. Həmin şəxsin kimliyi hələ müəyyən edilməyib.
Hadisə noyabrın 25-də səhər saatlarında məktəbdə baş verib. Yeniyetmə 9 və 11 yaşlı şagirdlərə bıçaqla hücum edib.
Müəllimlərdən biri hücum edən yeniyetməni zərərsizləşdirə bilib. Xəsarət alan uşaqlar xəstəxanaya yerləşdiriliblər.

