15 
dek
2023
20:24
1 122

ÖLKƏ TƏHSİLİNDƏ BİR İLK: Məktəblilər sağlam olmaq üçün necə qidalanmalıdır?-ƏYANİ VİDEO

15 dek, 2023
20:24
1 122

ÖLKƏ TƏHSİLİNDƏ BİR İLK: Məktəblilər sağlam olmaq üçün necə qidalanmalıdır?-ƏYANİ VİDEO

Gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi, sağlam və savadlı vətəndaş kimi formalaşdırılması cəmiyyət olaraq qarşımızda duran ən vacib məsələlərdəndir.Sağlam qidalanma elə sağlam gələcəyin təməlidir.Son illərdə ölkəmizdə qida təhlükəsizliyinə nəzarət işini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədilə sistemli işlər görülür.

Abşeron- Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdləri üçün " Necə qidalanmaq olar?" mövzusunda maarifləndirici layihə icra olunub.  Diqqətin itməsi,zəiflik, yorğunluq, immunitetin aşağı düşməsi,məktəbli və yeniyetmələrin əksərriyəti bu kimi problemlərlə qarşılaşır.  Bütün bu hallara səbəb, düzgün qidalanmamaqdı. Məktəblilnin orqanizmi böyükmədə olqduğu üçün onun daha çox kalsiuma ehtiyacı yaranır. Uşaqlar gündə təqribən 4-5 dəfə qidalanmalıdırlar. Direktor Afət Camalovanında şəxsən izlədiyi layihədə şagirdlərə necə sağlam qidalanmağın yolları əyanı olaraq göstərilib. 

Azyaşlılar adətən sağlamlıq üçün zərərli olan qidalardan istifadə edirlər. Bu da onların gələcək sağlam həyatı üçün ciddi problemə çevrilir. Bəs bu problemlərin aradan qaldırılmadsı üçün nə etmək lazımdı. Maarifləndirici tədbirdə iştirak edən Mehdiabad poliklinikasının həkimi Nüşabə İmaməliyeva ümumitəhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanmasına necə nəzarət olunmalıdır mövzusuna belə aydınlıq gətirib.Həkim uşaqlar üçün hansı qidaların faydalı, hansı qidaların zərərli olması haqqında danışıb. Bildirilib ki, ailədə uşaqların qidalanması məsələsinə valideynlər birbaşa özləri nəzarət edirlər və bunun davamı olaraq ümumitəhsil məktəblərində mövcud vəziyyətə ciddi nəzarət olunur.Bu baxımdan məktəblərdə şagirdlər arasında müvafiq maarifləndirmə və təbliğat işləri diqqət mərkəzində saxlanılır.

Məlumat üçün bildirək ki, bu layihə Ölkə təhsilində bir ilkdir.





Bizimlə əlaqə saxlayın

Çox oxunanlar