Putin Kremldə Şimali Koreyanın (KXDR) Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşüb.
Den.az xəbər verir ki, bu barədə Putinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Şimali Koreyalı nazir oktyabrın 30-da Moskvaya gəlib və ötən cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.
Bu gün isə nazir Çoi Sonq Huini prezident Putin qəbul edib.
Şimali Koreyalı nazir görüşə görə prezidentə təşəkkür edib və ona Kim Çen Inın səmimi yoldaşlıq salamlarını çatdırıb.
Putin dostlarla görüşməyin çox yaxşı ənənə olduğunu deyib.
Şimali Koreyanın XİN rəhbəri bildirib ki, Kim Çen Inın göstərişi əsasında Rusiya ordusu və rus xalqı Ukrayna ilə müharibədə güclü şəkildə dəstəklənib və lazımı yardım edilib.
“Qələbə gününə qədər biz rus yoldaşlarımızın yanında olacağıq”, – deyə Çoi Sonq Hui vurğulayıb.
Günəş Fərəh
Den.az
"Rusların yanında olacağıq” - KXDR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.