30 
iyl
2023
10:51
189

Ukrayna ordusu: Son gün ərzində Rusiya 480 hərbçi itirib

30 iyl, 2023
10:51
189

Ukrayna ordusu: Son gün ərzində Rusiya 480 hərbçi itirib

“Ukrayna ordusu ötən gün ərzində Rusiya ordusunun daha 480 hərbçisini məhv edib”.

Den.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukdakı hesabında bildirib.

Qeyd edilir ki, müharibənin başlanğıcından bu günə kimi Rusiya təxminən 245 700 canlı qüvvəsini itirib.

Məlumata görə, müharibənin başlandığı 24 fevral 2022-ci ildən bu günə kimi Rusiya ordusunun ümumi döyüş itkiləri belədir: şəxsi heyət - təxminən 245 700 nəfər; tanklar – 4 205 ( son gündə daha 14 tank) ədəd; zirehli döyüş maşınları – 8 178 (+11) ədəd; artilleriya sistemləri – 4 795 (+9) ədəd; MLRS (reaktiv yaylım atəş sistemləri) - 698 (+0) ədəd; hava hücumundan müdafiə sistemləri - 459 (+1) ədəd; təyyarə - 315 ədəd; helikopterlər - 311 ədəd; PUA-lar - 4011 (+4) ədəd; qanadlı raketlər – 1 347 ədəd.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar