Vaşinqtonda sərnişin təyyarəsi ilə toqquşan hərbi "Black Hawk" helikopteri VIP missiyanı yerinə yetirirmiş.
Den.az xəbər veir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazır.
" ABŞ Ordusunun "Black Hawk" helikopteri bölmənin əsas vəzifələrindən birini yerinə yetirirdi: paytaxta hücum zamanı ABŞ-ın yüksək səviyyəli liderlərini təhlükəsiz zonaya daşımaq missiyayasına hazırlıq məqsədilə təlim uçuşu", - nəşr qeyd edib.
WSJ vurğulayır ki, "Black Hawk" təhlükəsizliyə təhlükə yarandığı halda ABŞ rəhbərliyini evakuasiya etmək üçün istifadə edilib.
Nəşr qeyd edir ki, fəlakət Vaşinqtonun tıxaclı hava məkanında belə uçuşların həyata keçirilməsinin riskləri ilə bağlı müzakirələri intensivləşdirib.
Pentaqonun nümayəndəsi bildirib ki, ekipaj səlahiyyətlilərin böhran vəziyyətlərində fəaliyyətini davam etdirə bilməsini təmin edən "hökumətin davamlılığı" proqramı üçün həyati əhəmiyyət kəsb edən marşrut boyunca hərəkət etməyi məşq edirmiş.
Bu uçuşlar 11 sentyabrda baş verənlər kimi nüvə təhlükəsi, kiberhücum və ya terror hücumları zamanı planın bir hissəsidir.
Nəşr yazır ki, adi günlərdə belə helikopterlər şəhərin hava məkanında gərginlik yaradaraq VIP-lərin daşınması üçün istifadə olunur. Proqram icraçıların təhlükəsiz zonalara operativ şəkildə çatdırılmasını nəzərdə tutur.
Fəlakətdən sonra bu işləri görən 12-ci aviasiya batalyonunun fəaliyyəti dayandırılıb. Konqresmenlər hərbi və mülki funksiyaları birləşdirən VIP nəqliyyat uçuşlarının təhlükəsizliyinə yenidən baxılmasını tələb ediblər.
ABŞ-dəki təyyarə qəzasının inanılmaz detalı: “Taksi” ilə toqquşub... - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.