Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfəri çərçivəsində Əl-Salam Sarayı Muzeyini ziyarət edib.
Den.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.
“Muzey Küveytin tarixi və mədəni inkişafını əks etdirən vacib bir simvol olaraq ölkənin milli irsini nümayiş etdirir”,- paylaşımda deyilir.