Biləsuvarda qadını fahişəliyə cəlb edən və evində əxlaqsızlıq yuvası təşkil edən 71 yaşlı kişi cinayət məsuliyyətinə cəlb olunub.
Denmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şəhər sakini, 1955-ci il təvəllüdlü R.Kərimov (şərti ad) saxlanılıb.
Əməliyyat zamanı onun evində kənar şəxslər də aşkarlanıb.
Faktla bağlı R.Kərimov barəsində Cinayət Məcəlləsinin 243 və 244-cü (fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə cinayət işi başlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, ailə üzvləri Bakıda yaşayan kişi Biləsuvardakı evində tək yaşayıb. O, qonşuluqda yaşayan qadını fahişəliyə cəlb edərək başqa şəxslərlə görüşdürüb və bunun müqabilində 10 manat pul alıb.
R.Kərimov ifadəsində bildirib ki, həmin qadının anasının ona xeyli borcu olub və qadını məhz bu məsələni müzakirə etmək üçün evinə dəvət edib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə kişi 3500 manat cərimə və 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Hökmə əsasən, islah işləri müddətində onun qazancının 20 faizi dövlət nəfinə tutulacaq.

