Türkiyənin Maltadakı səfiri Erdeniz Şen vəfat edib.
“Den.az” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 51 yaşlı səfir uzun müddətdir müalicə olunduğu xəstəxanada bu gün dünyasını dəyişib.
Diplomatın dəfn mərasimi Ankarada keçiriləcək.
Qeyd edək ki, E. Şen 9 dekabr 2022-ci ildə Türkiyənin Valettadakı səfiri vəzifəsinə təyin edilib. O, evli və iki uşaq atası idi.