Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, qəza Mərdəkan şossesində qeydə alınıb.
Hadisə səbəbindən şəhər mərkəzi istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hazırda polis əməkdaşları tıxacın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görürlər.

