Cəbrayıl rayonunun Şükürbəyli kəndi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıl rayonundan olan Elnurə İsayevə ağır xəsarətlər alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, avtomobildə olan şəxslər müqəddəs məkanları ziyarət etmək məqsədilə Bakıdan Cəbrayıla gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.

