Rusiya Prezidenti Vladimir Putin İnquşetiyadan olan Məryəm Xamxoyeva və Beslan Boqolovun çoxuşaqlı ailəsinə mikroavtobus hədiyyə edib.
“Den.az” xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.
11 uşaq böyüdən cütlüyə 14 nəfərlik “Qazel”in açarı verilib.
Belə ki, dövlət başçısı Kremldən videobağlantı vasitəsilə əlaqə saxladıqdan sonra onların çoxdankı arzusunu həyata keçirmək qərarına gəlib.
“Bizim üçün ailə avtomobili əldə etmək çox sevinclidir. Bunu sözlə təsvir etmək çətindir. Rahatlıq və qənaət”, - Beslan Boqolov hədiyyə ilə bağlı təəssüratlarını bölüşüb.