Aİ-nin Rusiya ilə ticarəti kəskin şəkildə azalıb.
Denmedia.az statistik göstəricilərə istinadən xəbər verir ki, buna səbəb 2022-ci ilin fevralında Ukraynada başlayan müharibə olub.
Bildirilir ki, Aİ 2022-ci ilin 1-ci rübü ilə 2025-ci ilin 2-ci rübü arasında Rusiyaya ixracın 61%, Rusiyadan idxalının isə 89% azalmasına səbəb olan idxal və ixrac məhdudiyyətləri tətbiq edib.
Məlumata görə, 2025-ci ilin ikinci rübündə ticarət rekordları 2002-ci illə müqayisədə ən aşağı səviyyəyə düşüb. Həmin rübdə Aİ Rusiya ilə 20 ildən artıq müddətdə ilk ticarət profisiti (bir ölkənin ixrac etdiyi mal və xidmətlərin dəyərinin, idxal etdiyi mallar və xidmətlərin dəyərindən daha yüksək olması) qeydə alıb.Publika.az