Gəncədə iki avtomobilin toqquşması nəticəsində üçü azyaşlı olmaqla altı nəfər xəsarət alıb.
Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Qəza nəticəsində 1989-cu il təvəllüdlü A. Hüseynova, 1981-ci il təvəllüdlü E. Əsədullayev, 2020-ci il təvəllüdlü C. Əsədullayeva, 2018-ci il təvəllüdlü A. Əsədullayeva, 1996-cı il təvəllüdlü E. Hümbətov və 2024-cü il təvəllüdlü A. Əsədullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

