Lənkəranda 56 yaşlı kişi evdə vurulan iynədən sonra həyatını itirib.
Hadisə rayonun Veravul kəndində qeydə alınıb.
Kənd sakini, 56 yaşlı Rasim Qasım oğlu Qasımova yaşadığı evdə həyat yoldaşı tərəfindən iynə vurulub.
Bundan sonra kişi şok keçirərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

