İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni yeraltı “raket şəhəri”ni istifadəyə verib.
Mehr agentliyinin məlumatına görə, hərbi obyektin açılış mərasimində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi və SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi iştirak ediblər.
Hər iki hərbi rəhbər yeni kompleksi şəxsən nəzərdən keçirib. Obyektdə müxtəlif ballistik və qanadlı raketlər, eləcə də onların buraxılış sistemləri nümayiş etdirilib.
Bununla yanaşı, SEPAH-ın sözçüsü Hüseyn Möhebbi İranın raketlərinin maksimal uçuş məsafəsinə tətbiq etdiyi məhdudiyyəti aradan qaldırdığını açıqlayıb.

