Madaqaskar prezidenti Andri Radzuelina ölkədən getdiyini rəsmi şəkildə təsdiqləyib.
DenMedia.az xəbər verir ki, bu barədə Reuters xəbər yayıb. Dövlət başçısı addımını “şəxsi təhlükəsizlik səbəbləri” ilə izah edib.
Prezidentin harada olduğu hələ də məlum deyil.
“Bu istefa deyil, sadəcə strateji geriçəkilmədir,” — deyə Radzuelina daha əvvəl Africa Intelligence-ə bildirmişdi.
13 oktyabr səhəri o, onlayn iclas keçirərək ölkənin idarəçiliyinə nəzarətin hələ də öz əlində olduğunu vurğulayıb. Bundan öncə, o, bir neçə Afrika lideri ilə dəstək danışıqları aparıb.
Sentyabrın sonunda Madaqaskarda elektrik və su təchizatındakı fasilələr səbəbilə kütləvi etirazlar başlamışdı. Paytaxt Antananarivu və digər iri şəhərlərin sakinləri sosial şəbəkələr vasitəsilə aksiyaları təşkil edərək stabil infrastrukturun bərpasını tələb edirdilər.
Rusiya səfirliyi Madaqaskara səfər etməməyi və orada olan vətəndaşlara insan sıxlığı olan yerlərdən uzaq durmağı tövsiyə edib.