Ermənistanda bu gün səhər Araqatsotn yeparxiyasının 6 keşişi saxlanılıb.
“Denmedia.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı vəkil Ara Zohrabyan açıqlayıb.
Bildirilib ki, saxlanılanlar arasında yepiskop Mkrtıç Proşyan da var.
Bununla belə, ölkənin rəsmi qurumları məsələ ilə bağlı açıqlama verməyib. Onların nədə ittiham olunduğu da məlum deyil.