Amerikalı milyarder Piter Til müasir dünyada “apokalipsi yaxınlaşdıracaq” iki əsas antixrist namizədini açıqlayıb. Bunlar məşhur bloqer Eliezer Yudkovski və ekoloji fəal Greta Tunberqdir.
DenMedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” San-Fransiskoda keçirilmiş mühazirələrə istinadən yazır.
Til, həmçinin Çin lideri Si Cinpin və “Microsoft”un banisi Bill Qeytsi də bu siyahıya daxil etmişdi, lakin sonradan onların adlarını çıxarıb. Milyarder Qeytsin namizədliyindən imtinanı onun “siyasi təsirinin az olması və baxışlarının köhnəlməsi” ilə əsaslandırıb.
“Və yenə də, bəlkə də bu Qeytsin xeyrinədir — o hələ də XVIII əsrdə ilişib qalıb, elm və ateizmin yanaşı mövcud ola biləcəyinə inanan Riçard Dokins kimilərlə birlikdə,” — deyə Til vurğulayıb.
Milyarder xüsusi olaraq ABŞ-ın rolunu da təhlil edib və bildirib ki, Vaşinqton antixristin qlobal nəzarət qurmaq üçün istifadə edəcəyi dünya dövlətinin mərkəzinə çevrilə bilər. Bununla belə, onun sözlərinə görə, “apokaliptik elçinin” ən çox potensial müxalifləri də məhz ABŞ-da cəmləşib.