Myanma Silahlı Qüvvələri Tailand sərhədi yaxınlığındakı bir sıra strateji obyektlərə, o cümlədən qanunsuz “call-center”lərin fəaliyyət göstərdiyi ərazilərə nəzarəti bərpa edib. Denmedia.az xəbər verir ki, bu barədə Eleven Media məlumat yayıb.
Qeyd olunur ki, həmin ərazilərdə insanlar köləliyə bənzər şəraitdə saxlanılırdı — onların arasında Rusiya vətəndaşları da olub.
“Tatmado qoşunları hücum zamanı Myanma–Tailand sərhədi yaxınlığında yerləşən məşum KK Park ərazisini də ələ keçirib və tam təmizləyib,” – deyə məqalədə bildirilir.
Əməliyyat nəticəsində 2198 nəfər azad edilib. Onlar cinayətkar şəbəkələr tərəfindən məcburi şəkildə işlədilirmiş.
Bundan əlavə, 30 ədəd Starlink terminalı və beynəlxalq fırıldaqçılıq əməliyyatlarında istifadə olunan digər texniki avadanlıqlar müsadirə edilib.