Polşada “diversiya hazırlığı” ittihamı ilə səkkiz nəfər saxlanılıb.
Denmedia.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk X sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, şəxslər Daxili Təhlükəsizlik Agentliyi (ABW) tərəfindən digər xüsusi xidmət orqanlarının dəstəyi ilə saxlanılıb.
Baş nazir diversiyanın dəqiq nədən ibarət olduğunu açıqlamayıb.
Polşanın daxili işlər naziri Marçin Kervinski isə hələlik məsələ ilə bağlı şərh verməyib.