ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan qayıdarkən jurnalistlərə bildirib ki, ölkənin 30 illik moratoriyadan sonra nüvə sınaqlarını bərpa etməsi məqsədəuyğundur, çünki digər ölkələr bu sınaqları artıq həyata keçirir. DenMedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Bizdə hər kəsdən çox nüvə silahı var. Biz sınaqlar keçirmirik, amma başqaları keçirirsə, düşünürəm, bizim də bunu etməyimiz məqsədəuyğun olar,” — deyə Tramp bildirib. Prezident sınaqların harada və nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib, lakin qeyd edib: “Bizim sınaq poliqonlarımız var. Bu barədə ayrıca açıqlama veriləcək.” Eyni zamanda Tramp vurğulayıb ki, nüvəsizləşmə (denuklearizasiya) istədiyini bildirir: “Biz bu məsələ ilə bağlı Rusiya ilə danışıqlar aparırıq və əgər hansısa addım atsak, bizə Çin də qoşulacaq.” Daha əvvəl Tramp Truth Social sosial şəbəkəsində yazmışdı: “Digər ölkələrin sınaq proqramlarına görə mən Müdafiə Nazirliyinə bizim nüvə silahlarımızın bərabər əsaslarla sınaqlarına başlamağı tapşırdım. Bu proses dərhal başlanacaq.” Onun sözlərinə görə, Rusiya nüvə arsenalına görə dünyada ikinci, Çin isə üçüncü yerdədir, lakin “beş il ərzində Çin bu fərqi bağlayacaq.”
“Görünür, onların hamısı nüvə sınaqları ilə məşğuldur.”
Tramp nüvə sınaqlarının bərpasını mümkün sayır: Digərləri edirsə, biz də etməliyik
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

