2026-cı ilin — Şərq təqviminə görə “Qırmızı Od Atı ili”nin — yaxınlaşması ərəfəsində Rusiyada at ətinə maraq kəskin artıb.
“Çestnıy znak” sisteminin analitikləri at əti konservlərinin istehsalında ciddi artım müşahidə olunduğunu bildirirlər, — bu barədə Baza Telegram kanalı yazır.
Məlumata görə, martda 39 ton, iyulda 76 ton, avqustda 118 ton, oktyabrda isə artıq 276 ton at əti konservi istehsal olunub.
Ekspertlər bu artımı istehlakçı tələbatının yüksəlməsi ilə izah edir. Fermerlər də at ətindən hazırlanan delikateslərə — konservlərə, qax at ətinə, at ətli kolbasalara marağın artdığını təsdiqləyiblər.
Tələbatın bir hissəsi “ilin simvolunu razı salmaq” və “uğur cəlb etmək” kimi inanclardan qaynaqlanır. Eyni zamanda, Yeni ili qarşılamaq üçün seçilən geyimlərə də xüsusi diqqət yetirilir.
Praktik səbəblər də var: bayramqabağı ərzaq qiymətləri yüksəldiyi üçün mütəxəssislər rusiyalılara məhsulları öncədən almağı məsləhət görürlər.
FMCG bazarı üzrə müstəqil ekspert Aleksandr Anfinogenov vətəndaşlara konservlər, salat sousları, turşular, qırmızı kürü, bitki yağı, dənli məhsullar, şirniyyatlar və içkiləri öncədən ehtiyatlamağı, həmçinin toyuq və ya hind toyuğunu dondurucuda saxlamağı tövsiyə edib.
Qırmızı Od Atı ehtiras, enerji və azadlıqla assosiasiya olunur, buna görə özünəinam, cəsarət və zəriflik ifadə edən geyimlər məsləhət görülür. Əsas rəng qırmızı, lakin onu krem, karamel və ya qızılı tonlarla uyğunlaşdırmaq tövsiyə olunur.

