ABŞ-ın Merilend ştatının senatı Dalia Attar, evli bir kişi ilə yaxın münasibət zamanı öz köməkçisini gizli şəkildə çəkməkdə və onu daha sonra şantaj etməkdə ittiham olunur.
Bu barədə People nəşri xəbər verir.
İstintaqa görə, Attarla birlikdə onun qardaşı Cozef və Baltimor polis əməkdaşı Kalman Finkelşteyn də məsuliyyətə cəlb edilib.
Məlumatlara əsasən, 2022-ci ildə şübhəlilər Finkelşteynin qohumuna məxsus evdə tüstü detektorlarının içinə gizli kameralar yerləşdiriblər.
Bu evdə senatorun keçmiş müşaviri və onun evli sevgilisi mütəmadi olaraq görüşürmüş.
Cihazlar vasitəsilə bir neçə saatlıq intim xarakterli video yazılıb.
İttihama görə, daha sonra senatorun qardaşı Cozef həmin kişini şantaj etməyə başlayıb.
O, kişidən xahiş edib ki, keçmiş köməkçisini Dalia Attarın ştat nümayəndələr palatasına yenidən seçilməsinə qarşı çıxmamağa razı salsın.
Oktyabrın 24-də senatora və onun həmçilərinə rəsmi olaraq ittiham irəli sürülüb.
Bu il seçilmiş senator özünü təqsirli saymayıb və bildirib ki, ittiham tərəfi inandırıcı sübutlara malik deyil.

