Ukraynada yeni "Maydan" yalnız Qərb ölkələri hakimiyyəti dəyişmək istədiyi halda mümkündür.
DenMedia.az xəbər verir ki, bunu Ukraynanın sabiq baş naziri Nikolay Azarov Telegram kanalında bildirib.
Siyasətçinin sözlərinə görə, heç bir "Maydan" özbaşına baş verməyib — insanlar sadəcə “divandan qalxıb meydana qaçmayıblar.”
İnsanları meydana çıxaran təşkilatlar mövcud idi.
Onlara pul verilirdi, yemək, tualet, səhnə və əyləncə təmin olunurdu.
Buna görə də hər hansı "Maydan" yalnız o halda mümkündür ki, Qərb Ukraynada hakimiyyətin dəyişməsini istəsin, — deyə Azarov vurğulayıb.

