Fransanın Oleron adasında (Primorskaya Şaranta departamenti) naməlum sürücü qəsdən piyadaların və velosipedçilərin üstünə avtomobil sürdükdən sonra 10 nəfər xəsarət alıb. DenMedia.az xəbər verir ki, hadisə ilə bağlı BFMTV məlumat yayıb.
Bir neçə yaralının vəziyyəti ağırdır, onlar helikopterlə materikdəki Puatye şəhər xəstəxanasına çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobil insanlara çırpıldıqdan sonra sürücü nəqliyyat vasitəsindən çıxaraq onu yandırmağa cəhd edib, lakin polis tərəfindən elektroşokerlə zərərsizləşdirilərək saxlanılıb.
İstintaq orqanları hadisənin motivlərinin hələlik müəyyən edilmədiyini bildiriblər. İş qəsdən adam öldürməyə cəhd maddəsi üzrə araşdırılır, antiterror prokurorluğu isə bu mərhələdə işə cəlb olunmayıb.
Saxlanılan şəxsin 35 yaşlarında Fransız vətəndaşı olduğu, onun daha əvvəl oğurluq və sərxoş vəziyyətdə xuliqanlıq kimi hüquq pozuntularına görə tanındığı qeyd olunub.
Daxili işlər naziri Loran Nunyəsin hadisə yerinə gələcəyi bildirilib.

