La Liqanın 36-cı turunun “Espanyol” – “Barselona” matçından öncə stadionun ətrafında insident yaşanıb.
“Den.az” “Marca” nəşrinə istinadən xəbər verir ki, naməlum sürücü “Espanyol”a məxsus stadionunun yanında azarkeşi vurub.
Ətrafdakı insanlar maşını mühasirəyə alaraq qışqırmağa və əşyalar atmağa başlayıblar. Daha sonra yaşı 45-55 arasında olan qadın sürücü maşını izdihamın arasından sürərkən nəqliyyat vasitəsi qəfildən sürətlənib və insanları vurub.
Hadisə zamanı 13 nəfər xəsarət alıb. Avtomobil maneələrə və ağaca çırpıldıqdan sonra dayanıb.
Daha sonra sürücü saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, o, avtomobili qəsdən izdihamın üzərinə sürmək niyyətində olmayıb.
Stadionda səsgücləndirici ilə vəziyyətin nəzarət altında olduğu elan edilib. Lakin baş hakim Sezar Soto Qrado oyunu bir müddət gec başlamalı olub.
Bəzi “Espanyol” azarkeşləri baş verənlərdən sonra matçın keçirilməsini məqsədəuyğun hesab etmədikləri üçün arenanı tərk ediblər.
Görüntüləri təqdim edirik: