ABŞ-ın Mayami şəhərindən olan 108 yaşlı Layl və 107 yaşlı Eleonora Gittens — dünyanın ən uzunömürlü evli cütlüyü kimi tarixə düşüblər.
Onların rekordu “Ginnesin Rekordlar Kitabına” daxil edilib və insan uzunömürlülüyü üzrə ixtisaslaşmış LongeviQuest təşkilatı tərəfindən təsdiqlənib.
Amerikalı cütlük 80 ildən çox əvvəl tanış olub və bu sevgi hekayəsi rəsmi olaraq dünya rekordunu qırıb.

Layl və Eleonora 1941-ci ildə Atlanta şəhərindəki Klark Universitetində tələbə olarkən tanış olublar. Onlar birlikdə olmalı olduqlarına inanaraq bir il sonra — 1942-ci ildə evləniblər.
Bu gün onların ümumi yaşı 216 il 132 gündür (Layl 108, Eleonora isə 107 yaşındadır). Beləcə, onlar həm yaşayanlar arasında, həm də tarix boyu ən uzunömürlü evli cütlük hesab olunurlar.

